BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Əhzər İbrahimi Suriya üzrə üçtərəfli görüş iştirakçılarının «Cenevrə-2» görüşünün keçirilmə tarixində razılığa gələ bilmədiklərini deyib. BMT-Rusiya-ABŞ formatında növbəti görüşün vaxtı noyabrın 25-nə təyin olunub.
İbrahimi «Cenevrə-2» konfransını cari ilin sonlarına kimi keçirə biləcəklərinə ümidvar olduğunu deyib. Diplomatın sözlərinə görə, forum ilkin şərtsiz keçirilməlidir. Bununla belə, «Cenevrə-2»-nin keçirilməsində əsas problem Suriyanın müxalif qüvvələri arasında rabitəsizlikdir.
Bundan əvvəl əsas müxalif qüvvə sayılan Suriya Milli Şurası konfransda iştirakdan imtina etmişdi. Nüfuzlu muxalif qrupları sülh danışıqlarında iştiraka razı salmaq isə ABŞ-ın üzərinə düşürdü. Lakin bu gün Rusiya XİN rəhbərinin müavini Gennadiy Qatilovun da bəyan elədiyi kimi, ABŞ-ın Suriya müxalifətini birləşdirəcək qədər nüfuz yoxdur.
Qatilovun sözlərinə görə, rusiyalı nümayəndələr Cenevrədə suriyalı müxaliflərin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.
Ümumilikdə müxalif qüvvələrin bir nümayəndəliyin bazasında birləşdirmə imkanları müzakirə olunacaq.
«Suriya üzrə ikinci sülh danışıqlarının keçirilməsi üçün səylər artırılmalıdır», - deyə Rusiyanın daimi nümayəndəsi Vitaliy Çurkin bildirib. Onun sözlərinə görə, Suriyada vəziyyət mürəkkəb olaraq qalır və humanitar yardıma ehtiyac böyüyür.
.