Sumqayıtda baş verən atışma ilə bağlı daha iki nəfər həbs edilib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, "Xəvarici” təriqətinin üzvləri Elçin Mirzəyev və Tehruz Sultanov ötən gecə saxlanılıblar.
Hazırda silahlı insidentin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
.