Sumqayıt şəhərində müdhiş cinayət hadisəsi baş verib. Lakin məlum olmayan səbəblərdən cinayət hadisəsi ört-basdır edilib. Bu barədə yenizaman.az-a daxil olan məlumatlarda bildirilir ki, bir neçə gün öncə Sumqayıt şəhər 9-cu mikrarayon ərazisində yerləşən Musiqi Kolleci ilə yanaşı bağçaya nəməlum şəxs daxil olaraq ordakı uşaqlardan birini girov götürərək bağça müəllimələrindən pul tələb edib. Hadisə bağça müəlliməllərinin maaş aldığı günə təsadüf edib. Nəməlum şəxs müəllimələrin pulunu aldıqdan sonra girov götürülən uşağın valideyinindən də 500 manat aldıqdan sonra uşağı buraxıb ərazidən uzaqlaşıb.
Redaksiyamıza daxil olan məlumatlara görə, nədənsə bağça rəhbərliyi bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarını məlumatlandırmayıb. Hal hazırda isə bir neçə valideyin həmin bağçaya uşqalarını göndərməkdən imtina edib.
Baş verən hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi ilə əlaqə yaratmaq cəhdimiz baş tutmadığından məsələyə münasibət öyrənə bilmədik.
.
