Sumqayıt şəhərində törədilən qətlin üstü açılıb.Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Şəhər Polis İdarəsi və Şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin isti izlərlə müəyyən edilərək tutulması təmin edilib. Mərhumun keçmiş həyat yoldaşı Hüseynov Zaur İnqilab oğlu şübhəli şəxs qismində saxlanılıb. .
