Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər görür. Azərbaycan Prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli 2244 №-li "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" sərəncama əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və "Amburan" çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb.
Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.
Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.
2016-cı ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillərin nəticələri:
s/s
Rayonun
adı
Çimərliyin
adı
Mikrobioloji çirklənmə dərəcəsi,
bağırsaq çöpü bakteriya qruplarının miqdarı (ədəd/litr), norma göstəricisi < 5000
2007-ci il
2008-ci il
2009-cu il
2010-cu il
2011-
ci il
2012-
ci il
2013-cü il
2014-
cü il
2015-
ci il
2016-
cı il
1
Sumqayıt
Sumqayıt
11 500-
260 000 çirkli
11 500-
260 000 çirkli
10 300-
250 000 çirkli
11 500-320 700 çirkli
10 800-205 700 çirkli
10 500-195 200 çirkli
36 000-198 000 çirkli
321 000-133 000 çirkli
410 000-145 000 çirkli
520 000-
153 000 çirkli
2
Binəqədi
*Novxanı
10 500-19300
çirkli
9800-17000
çirkli
7600-
8900
çirkli
normal
normal
normal
normal
normal
normal
normal
3
Sabunçu
*Pirşağı
12600-21000
çirkli
normal
normal
normal
normal
normal
normal
normal
normal
normal
4
Sabunçu
*Nardaran
8700-14800
çirkli
normal
normal
normal
normal
normal
normal
normal
normal
normal
5
Sabunçu
*Bilgəh
7800-13900
çirkli
normal
normal
normal
normal
normal
normal
normal
normal
normal
6
Xəzər
*Zaqulba
9100-12000
çirkli
normal
normal
normal
normal
normal
normal
normal
normal
normal
7
Xəzər
*Buzovna
8800-12800
çirkli
normal
normal
normal
normal
normal
normal
normal
normal
normal
8
Xəzər
*Mərdəkan
9000-11000
çirkli
normal
normal
normal
normal
normal
normal
normal
normal
normal
9
Xəzər
*Şüvəlan
8100-12900
çirkli
normal
normal
normal
normal
normal
normal
normal
normal
normal
10
Suraxanı
Hövsan
17 900-24 000
çirkli
15 500 -
13 000 çirkli
14 300-
11 000
çirkli
normal
normal
normal
normal
normal
normal
normal
11
Səbail
Şıx
8 700-
16 200 çirkli
7 700-
14 300 çirkli
7 200-
13 500
çirkli
6 700-
12 900 çirkli
6 500-
11 800 çirkli
6 600-
11 900 çirkli
69 000- 788 000 çirkli
71 000-
38 000 çirkli
263 000-
34 000 çirkli
284 000-
46 000 çirkli
12
Qaradağ
Sahil
9 600-
13 000 çirkli
7 600-
11 400 çirkli
7 500-
10 500
çirkli
5 800-
15 300 çirkli
5 500-
15 000 çirkli
5 600-
15 100 çirkli
24 000-
71 000 çirkli
790 000- 350 000 çirkli
398 000- 150 000 çirkli
420 000-
167 000 çirkli
Qeyd: < 5000 - normal,>10000 - çirkli
*- lokal modul tipli təmizləyici qurğuların mövcud olduğu yerlər
Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq təyin edilib. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir. Göründüyü kimi, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb.
Azərbaycan Prezidentinin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.
.
