Ukraynada nüvə silahından istifadə bu münaqişənin mahiyyətini tamamilə dəyişəcək.

Bunu NBC televiziya şirkətinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

NATO-nun baş katibi nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı “təhlükəli və məsuliyyətsiz” ritorika adlandırıb.

“Bu səbəbdən biz prezident Vladimir Putinə açıq şəkildə bildirdik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün ağır nəticələrə səbəb olacaq və əlbəttə ki, münaqişənin xarakterini dəyişəcək”, - o deyib.

Stoltenberq qeyd edib ki, nüvə müharibəsində qalib ola bilməz və onu işə salmaq olmaz.

.