Şimali Atlantika Alyansı Ukraynaya görə Rusiya ilə üçüncü dünya müharibəsinə başlamayacaq.

Bunu NATO-nun sabiq baş katibi, Norveçin maliyyə naziri Yens Stoltenberq The Sunday Times qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Volodimir Zelenski Ukraynanın hava məkanının bağlanmasını xahiş etdikdə, Stoltenberq bu tələbi rədd edib, çünki bu addım münaqişənin qlobal müharibəyə çevrilməsi riskini artırardı.

“O vaxt ABŞ prezidenti olan Baydenin də dediyi kimi, biz Ukraynaya görə üçüncü dünya müharibəsi riskinə getməyəcəyik. Məqsədimiz Perl-Harbor kimi hadisə ilə üzləşmək və bütün alyansın birbaşa müharibəyə cəlb olunması deyil. Buna görə biz Ukraynaya dəstək verməyə davam edirik ki, onlar döyüşə bilsinlər, lakin NATO qüvvələrini göndərmək və Rusiyayla birbaşa hərbi qarşıdurmaya girmək niyyətində deyilik,” – deyə Stoltenberq vurğulayıb.

NATO-nun sabiq baş katibi: Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi

NATO üzvü ölkələrin Əfqanıstandan qoşunlarını çıxarması alyansın tarixində ən böyük məğlubiyyət olub.

Bu fikri NATO-nun sabiq baş katibi, Norveçin maliyyə naziri Yens Stoltenberq The Sunday Times qəzetinə müsahibəsində səsləndirib.

“Bu, NATO-nun ən böyük məğlubiyyətidir. Amma mən hələ də hesab edirəm ki, Əfqanıstanı tərk etmək doğru qərar idi, çünki bir çox insan bu prosesdə əziyyət çəkdi,” – deyə o bildirib.

Stoltenberqin sözlərinə görə, NATO müttəfiqləri 20 illik təcrübə ərzində anladılar ki, hərbi güc tətbiq etməklə demokratik cəmiyyət qurmaq cəhdi “həddən artıq çətin və iddialı layihə” idi.

“Biz azad və demokratik Əfqanıstan görmək istəyirdik, amma reallıq ondan ibarətdir ki, bu məqsədə çatmaq üçün lazım olan bədəli ödəməyə hazır deyildik,” – deyə Stoltenberq əlavə edib.

.