"Qanun Nəşrlər Evi”ində tanınmış şairə-publisist Şirin xanım Kərimbəyli Şadimanın "SÖZ KÖNLÜMÜ QƏLƏM ETDİ” (Publisistik düşüncələr) adlı kitabı işıq üzü görüb.

"SÖZ KÖNLÜMÜ QƏLƏM ETDİ” şairə-publisistin oxucuları ilə 15-ci görüşüdür. Kitabda Şirin xanımın zaman-zaman qələmə aldığı publisistik yazıları toplanılıb. Yazıların hər biri Azərbaycan xalqının taleyüklü problemlərindən tutmuş adi məişət qayğılarının əhatə dairəsi və həlli istiqamətində bütün konturları dəqiq nişan verir.

Kitabın redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablıdır.

500 nüsxədə, 288 səhifədən ibarət "SÖZ KÖNLÜMÜ QƏLƏM ETDİ”ni "Qanun Nəşrlər Evi”ndən əldə edə bilərsiniz. 

.