“Uşaqların koronavirusa yoluxması evdə yoluxmalara səbəb olur”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 peyvəndləri" mövzusunda çıxışında deyib.

O bildirib ki, çalışmaq lazımdır məktəblər bağlanmasın: “Çünki distant təhsil effekt vermir. Valideynlər, evdəki böyüklər peyvənd olunmalı, məsuliyyətli davranmalıdır. Yaxşı olar ki, uşaqların evdə gündə iki dəfə temperaturu yoxlanılsın. Uşaqlarda xəstəlik məktəbə gedənə qədər aşkarlanmalıdır. Aşkarlanana qədər o kimləsə təmasda ola bilər. Buna görə valideynlər burada böyük məsuliyyət daşıyırlar”.

.