“Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib. O bildirib ki, bunun səbəbləri var: “Böyüklərin əksəriyyəti peyvənd olunub. Uşaqlar arasında isə peyvəndləmə aşağıdır. Bundan başqa məktəblər açıldıqca, uşaqların ünsiyyəti artdıqca yoluxma riski artır. Bütün ölkələrdə uşaqlar arasında virusun yayılma ehtimalı artır”.

Azərbaycanda yenidoğulmuşlar arasında COVID-ə yoluxanlar var

“Ölkədə yenidoğulmuşlar arasında COVID-ə yoluxanlar var”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib.

O, hər yaş qrupunda, o cümlədən kiçik yaş qrupunda koronavirusa yoluxanlar və xəstəliyi ağır keçirənlərin olduğunu bildirib.

Nazirlik: "Məktəblərin açılması uşaqlar arasında yoluxma hallarını artırıb"

“Son vaxtlar uşaqlar arasında yoluxma halları artıb. Bu da başa düşüləndir. Məktəblər açıldıqca, ünsiyyət çoxladıqca yoluxma sayında artım qeydə alınır”.

Bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib.

Onun sözlərinə görə, karantin rejimində bir sıra yumşalmaların olması, bağçaların və məktəblərin açılması kütləviliyin artmasına və nəticədə yoluxmaların çoxalmasına səbəb olub.

.