Türkiyəli müğənni və bəstəkar Sinan Akçıl yeni ili keçmiş həyat yoldaşı, aktrisa Burcu Kıratlı ilə qarşılayıb.

Bu barədə “Hürriyet” yazır.

Cütlük 2018-ci ildə Amsterdamda evləndikdən doqquz ay sonra boşanmışdı.

Sonradan Akçılın azərbaycanlı psixoloq Nez ilə sevgili olduğu barədə xəbərlər yayıldı. Hətta Nezin hamilə olduğu da deyilirdi. İddialara görə, Akçıl Nezdən ayrılaraq keçmiş arvadı ilə barışıb.

 

.