Livanda Hizbullah təşkilatının lideri Seyid Həsən Nəsrullah paytaxt Beyrut şəhərində xalq qarşısında çıxış edib. Hizbullah lideri Aşura çıxışında vacib məsələlərə toxunub. Seyyid Həsən Nəsrullah əlavə edib ki, Hizbullah təşkilatının Suriyada hələ də qalması, müqaviməti dəstəkləmək xarakteri daşıyır.
Qeyd edək ki, Seyid Nəsrullah çıxışında daha sonra ABŞ və Qərb ölkələrini də İranın nüvə fəaliyyəti ilə bağlı təhdidlərini dayandırmağa çağırıb: "Əgər bir razılaşma əldə olunmazsa, yolun sonu müharibədir. Müharibə başlasa onda hamınınz bundan qorxmalısınız. İran Qərblə razılaşsa həm bölgə, həm də dünya səviyyəsində daha da güclənəcəyik. Region xalqlarını strateji təhdidlər hədələdiyi bir vaxtda, hər hansı ticarətdən söz gedə bilməz. Bizim Suriyada qalmağımız üçün kiminsə yardımına ehtiyacımız yoxdur. Bu səbədən qarşı tərəf real hərəkətlər etməli və bizə qarşı yersiz şərtlər irəli sürməməlidir."
.
