Qərb tarixçilərinin Şərqin unudulmaz döyüşü adlandırdıqları Salyan döyüşü haqqında tarixçilər dolğun araşdırma etməlidirlər. 210 il bundan əvvəl baş verən bu döyüş istər çar Rusiyası, istərsə də sovet hakimiyyəti illərində saxtalaşdırılıb, gəncəli Cavad xan kimi Salyan qəzasının hakimi Əmir Yaqub bəyin qəhrəmanlığı da unutdurulub.Yenizaman.az ARB Cenub-a istinadən bildirir ki, Qərb tarixçilərinin Şərqin unudulmaz döyüşü adlandırdıqları Salyan döyüşü haqqında məlumatlara bu günə kimi tarixi mənbələrdə rast gəlinməyib. Bu vacib faktlar görkəmli fransız tarixçisi Yan Yuniorun çar Rusiyası ilə İran arasında 1804-1813 və 1826-1828 çi illərdə davam edən müharibələrin tarixi haqqında "Unudulmuş qəhrəmanlar” kitabında üzə çıxıb. Əlibala Hacızadənin fars dilihdən tərcümə etdiyi bu kitabda Salyan döyüşünün 1806-cı ilin payızında Kürün Şirvan sahilində baş verdiyi bildirilir. 1777-ci ildə Polşada talançılıq və insan qanının axıdılması ilə məşhur olan, 1780-ci ildə isə İzmayıl qalasında türklərə qarşı xüsusi amansızlıq göstərən çar generalı Pyotr Fyodroviç Nebolsin Salyanı işğal etmək üçün şəhərə qoşun yeridir. O vaxt Salyan qəzasına Əmir Yaqub bəy hakimlik edirdi. Səfərbərlik zamanı xeyli sayda könüllü toplanılır. Orduda silah-sursat çatmırdı, eyni zamanda insanlara təlim keçməyə imkan və fürsət belə yox idi. Nebolsin güman edirdi ki, təlim görməmiş könüllülərdən və təcrübəsiz cavanlardan ibarət olan Əmir Yaqub bəyin əsgərlərini bir həmlədə mühasirəyə alıb onları məhv edəcək. Nebolsinin düşündüyü kimi olmur. Salyan qoşunu Əmir Yaqubun başçılığı altında düşmənə çox ciddi müqavimət göstərir, hətta geri oturdurlar. İkinci günü taktikanı dəyişən Nebolsin Əmir Yaqub bəyin əsgərlərini top atəşinə tutdurur. Topdan necə müdafiə olunacaqlarını bilməyən salyanlı döyüşçüləri əsl qəhrəmanlıq nümunəsi göstərirlər. Buna baxmayaraq Nebolsinin qoşunları sağ cinahı yararaq onları mühasirəyə ala bilir. General Nebolsin salyanlıları mühasirəyə aldıqdan sonra onlara iki dəfə təslim olmaq haqqında ultimatum verir. Lakin Salyan hakimi Əmir Yaqub bəy heç vaxt təslim olmayacaqlarını və son ana qədər vuruşacaqlarını bildirir. Döyüşdə ağır yaralanan Salyan hakimi Əmir Yaqub iki gündən sonra dünyasını dəyişir. Qərb tarixçiləri təcürbəsiz və təlim görməmiş, sayca az olan bir qoşunun güclü bir orduya qarşı mərdliklə vuruşmasını Şərqin unudulmaz müharibəsi adlandırıblar. Bu gün isə Salyan döyüşünün araşdırılmasına çox böyük ehtiyacı var. Çünki bu bizim qəhrəmanlıq tariximizdir.
