Bu gün günorta saatlarında Səngəçal yaxınlığında magistral yolda Hyundai markalı sərnişin avtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.
DİN Baş Dövlət Yol Polisinin növbətçi hissəsindən Turan-a bildiriblər ki, ilkin məlumatlara görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Avtobusun hansı marşrut ilə işlədiyi hələ məlum deyil. Hazırda qəza yerində araşdırma aparılır.
.