Almaniyada radikal islamçıların sayı sürətlə artır və onlar ölkə ərazisində "İslam dövləti” qurmaq istəyir.
Virtualaz.org saytı xəbər verir ki, "Bild” qəzeti bu barədə Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal Agentliyin hesabatına əsasən məlumat yayıb.
"Almaniyada sələfilərin icması durmadan artır. Bütün bunlar cihad üçün daha münbit mühit yaradır. Sələfilər Almaniyada İslam dövləti qurmaq istəyir” - deyə agentliyin rəhbəri Hans-Georq Maasen bildirib.
Son məlumatlara görə, Almaniyada 7,3 min radikal müsəlman var. Aprelin əvvəlindən bəri onların sayı 300 nəfər artıb. Almaniyadan 700-ə yaxın sələfi döyüşmək üçün İraq və Suriyaya gedib. Onlardan hər üç nəfərindən biri geri qayıdıb və əks-kəşfiyyat məlumatlarına görə, yaxşı döyüş təcrübəsinə malikdirlər.
Sələfilərin məskəni əsasın Şimali Reyn-Vestfaliya, Berlin və Hessen şəhərləridir.
Radikalların 12 faizi İslama başqa dinlərdən keçib, 90 faizinin Almaniya vətəndaşlığı var. Ən azı 280 radikal Almaniya ərazisində terror aktı həyata keçirməyə hazırdır.

.