Salyan rayonunun Yenikənd kəndində Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib.
Virtualaz.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub, hadisə törədilərkən istifadə edilmiş müvafiq sənədi olmayan "TOZ-8” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.

.