Yenizaman.az ARB Cənub-a istinadən bildirir ki, Salyanda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Hadisə Salyan rayonunun Qaraçala qəsəbəsində qeydə alınıb. Belə ki, 39 yaşlı Pərvanə Əsədova, oğlu 15 yaşlı Seymur Əsədzadə və daha iki azyaşlı övladı dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanada həkimlər tərəfindən zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Ana və oğlu Seymur Əsədzadə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, digər iki övladı isə həmin gün ambulator müalicəyə göndərilib. Xəstəxanadan verilən məlumata görə, dəm qazından zəhərlənən ana və oğlunun vəziyyəti normallaşdığından bu gün səhər saatlarında evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.


.