Bir gün ərzində 4 nəfər Salyan rayon xəstəxanasına it dişləməsi xəsarəti ilə müraciət edib.

Salyan rayon xəstəxanasına 60 yaşlı Neftçala sakini, eyni zamanda 59, 3 və 16 yaşlı Salyan sakinləri it dişləmə xəsarətləri ilə rayon xəstəxanasına müraciət ediblər.

Dörd nəfərin hər birinə quduzluq əleyhinə vaksin vurulub. Yardım aldıqdan sonra həmin şəxslər evə buraxılıb. (APA)
.