Pop ulduzu Şakira keçmiş sevgilisi Jerar Pike ilə iki övladının birgə qəyyumluğu üzrə razılığa gəlib.

Bu barədə noyabrın 8-də müğənninin İspaniyadakı nümayəndəsi bildirib.

Sözçü vurğulayıb ki, müqavilənin təfərrüatları yaxın zamanlarda açıqlanacaq.

Yerli mətbuatın yazdığına görə, müqavilədə 9 yaşlı Milan və 7 yaşlı Saşanın anası ilə birlikdə Mayamiyə köçəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, 45 yaşlı Şakira və “Barselona”nın 35 yaşlı müdafiəçisi Pike 2011-ci ildən birlikdə olsalar da, heç vaxt evlənməyiblər.

.