Rayon sakini Səbinə Şəfiyeva: "Bura düm-düz yer idi, indi isə qumlar yoxdur. Yağış yağanda axarlar bağlansa buranı su basacaq.”
Rayon sakini Böyükbala Abdullayev: "Qazır, sonra 10 manata, 8 manata hətta axırda 6 manata satdı. Sonuncu dəfə buranı qazanda dedim ki, niyə qazırsan mənim evim xaraba günə qalır. Mənə cavab verdi ki, Adil dedi yalnız bu yeri qaz.”
Sakinlər həmçinin bu gölün açıq ərazidə yerləşdiyindən uşaqları üçün təhlükəli olduğunu, həm də heyvanlarını örüşə çıxarmaqda çətinlik yaratdığını bildirirlər.
Rayon sakini Kamran Şəfiyev: "Mal-qaranı örüşə apara bilmirik. Yağış yağanda su daşır. Ətraf evlər üçün təhlükədir. Bakıdan belə gəzmişəm mən deyirlər araşdırırıq, ancaq nəticəsi yoxdur.”
Məsələdə adı çəkilən Rüdəkənar bələdiyyəsinin sədri Adil Nüsrətovla görüşdük. O bildirdi ki, həqiqətən də 2003-cü ildən müqavilə əsasında həmin ərazini icarəyə götürüb. Lakin qazıntı işləri burada bir neçə il bundan əvvəl olub. Haqqında edilən şikayət isə Həsən İbrahimov adlı sakinin onunla münaqişəsindən qaynaqlanır. Bələdiyyə sədrinin sözlərinə görə adıçəkilən şəxs uzun illərdir ki, sakinlərə məxsus pay torpaqlarını istismar edirmiş.
Rüdəkənar bələdiyyəsinin sədri Adil Nüsrətov: "Bu yeri Həsən İbrahimov zəbt etmişdi. Həmin ərazidən istifadə edirdi. Və onlarda öz torpaqların istiyən zaman guya ki, mən bu sakinləri örgətmişəm ki, bu yeri tələb edin. Amma əslində sakinlər özləri ayılıb və yerlərini tələb ediblər.”
Adil Nüsrətovun sözlərinə görə Həsən İbrahimov qisas məqsədi ilə sakinləri ona qarşı qaldırıb. Şikayətçi Həsən İbrahimov isə bələdiyyə sədrinin dediklərini təkzib edərək bildirdi ki, həmin ərazidə qazıntı işləri aparılmayıb.
Rayon sakini Həsən İbrahimov: "Mən ora bir lapet də lopatka vurmamışam. Oranı heç kim qazmayıb. Özü qazıb özüdə kimə verib özü bilir.”
Sözügedən ərazidə balıqçılıq təsərrüfatının yaradılmasına gəldikdə isə bələdiyyə sədri bunun yalan olduğunu, suyun səviyyəsi artan vaxtlarda kanallardan ora tək-tük balıqların gəldiyini dedi. Məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyətindən də həmin ərazidə Adil Nüsrətov tərəfindən heç bir qazıntı aparılmadığı, sakinlərin Həsən İbrahimovun qərəzli iddiası əsasında şikayətçi olduqları bildirildi. Bu sakinlərə ünvalanan cavab məktubunda da öz əksini tapmışdı.
.