
Elektron Kredit Platforması vasitəsi ilə 3300-dən çox müraciət qeydə alınıb.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, 529 müraciət üzrə 169 mln dövlət zəmanətli kredit ayrılıb:
"Sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması effektiv vasitədir. Ötən il bu platformada 949 mln həcmdə 3300-dən çox müraciət qeydə alınıb. 529 müraciət üzrə 169 mln dövlət zəmanətli kredit ayrılıb".
.