İyunun 7-də Böyük Britaniyanın "British Council” təşkilatı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH qruplarının III kurs tələbələrinin ingilis dilini bilmə səviyyələrini müəyyənləşdirmək məqsədilə APTİS imtahanı keçirib. İmtahanlar 4 ixtisas - Kimya mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Neft-qaz mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi üzrə, 454 və 462-ci auditoriyalarda təşkilatın üzvləri tərəfindən aparılıb. Qeyd edək ki, "British Council” APTİS imtahanlarını SABAH qruplarının fəaliyyət göstərdiyi ali təhsil müəssisələrində yekunlaşdırdıqdan sonra nəticələr tələbələrə elan olunacaq. ADNSU SABAH qruplarının rəhbəri Nərminə Əliyeva "ADNSU Xəbər”-ə bildirib ki, imtahan çox yüksək səviyyədə təşkil olunub. Nərminə xanım nəticələrdə tələbələrin ingilis dili səviyyəsinin artmış olacağına inandığını bildirib.
"ADNSU xəbər”
.