Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, limanda yanğın başlayıb.

Vilayət qubernatoru Aleksandr Drozdenko hücum faktını təsdiqləyib. Onun sözlərinə görə, liman ərazisində zədələnmə və yanğın qeydə alınıb.

Drozdenko bildirib ki, hava hücumundan müdafiə qüvvələri bölgədə ümumilikdə 37 PUA-nı vurub.

Qeyd edək ki, Ust-Luqa Rusiyanın Baltik dənizindəki ən böyük limanlarından biridir. Buradan böyük həcmdə neft və neft məhsulları, kömür, gübrə, mayeləşdirilmiş qaz və digər yüklər daşınır. Liman daha əvvəl də PUA hücumlarının hədəfi olub və belə hücumlar nəticəsində onun neft ixracı infrastrukturu zərər görüb.

.