Rusiyanın Samara vilayətinə pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumundan sonra sənaye müəssisələrindən biri zədələnib.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.

Bundan başqa, "Ozon" logistika kompleksinə də zərbə endirilib.

"Ozon"un mətbuat xidmətindən bildirilib ki, PUA hücumu nəticəsində Samara vilayətinin Çapayevsk şəhərindəki anbarda yanğın başlayıb. 500-dən çox əməkdaş təxliyə edilib, bir neçə nəfər xəsarət alıb. Anbarın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.

.