Rusiyanın Zabaykalye regionunda meşə yanğınlarının söndürülməsi zamanı üç yanğınsöndürən həlak olub.

Bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, aprelin 23-dən itkin düşmüş sayılan yanğınsöndürənlərin meyitlərini Aviasiya və Meşə Təsərrüfatının Mühafizəsi Xidmətinin əməkdaşları sonuncu məntəqədən 10 kilometrlik məsafədə aşkarlayıb.

Bu şəxslərin itkin düşməsi barədə ilkin məlumat isə aprelin 28-də yayılıb.

.