Tbilisi NATO-ya qoşulmaq ümidlərinin və Aİ ilə yaxınlaşmada "qızıl dağlar" vədlərinin yalan olduğunu anlamağa başlayır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Qərbin təzyiqinə baxmayaraq, Gürcüstan hakimiyyəti milli maraqlarını müdafiə etməyə hazır olduğunu bəyan edir.
Zaxarova vurğulayıb ki, Rusiya ilə əməkdaşlıq sayəsində Gürcüstan ümumdaxili məhsul və vətəndaşların gəlirlərində rekord artım tempi nümayiş etdirir: "2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 6% artaraq 2,7 milyard dollara çatıb".
Rəsmi Moskva Gürcüstanla siyasi dialoqun bərpası üçün zəmin görmür
Gürcüstanla siyasi dialoqun bərpası üçün əfsuslar ki, zəmin hələ yoxdur.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Gürcüstanın özgələrin əlində alətə və oyuncağa çevrilməməsi üçün suveren və müstəqil olmasında maraqlıdır.
“Qərbin ağla sığmayan təzyiqinə baxmayaraq, Gürcüstan hakimiyyəti milli maraqlarının müdafiəsinə hazırlığını bəyan edir, həmçinin Rusiya ilə qarşılıqlı münasibətləri kəsməyi də istəmir”, - Zaxarova əlavə edib.
.
