
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təşkilatın işində iştirakının “dondurulması” ilə bağlı bəyanatlarından çıxış edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci idarəsinin direktoru Mikael Aqasandyan bildirib.
“Biz Ermənistanın KTMT-nin üzvü olaraq bütün öhdəlikləri və hüquqları ilə qalmasını əsas götürürük. KTMT tədbirlərində iştirak formasına dair qərarı Ermənistan özü verməlidir, heç nə zorla qəbul etdirilmir”, - Aqasandyan deyib.
.