Moskva ümid edir ki, Rusiyadan dizel tədarükü qlobal bazarın sabitləşməsinə və İran ətrafında münaqişənin həllinə kömək edəcək.

Bunu Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko bildirib.

Onun sözlərinə görə, Rusiya İran ətrafındakı münaqişənin qısa zamanda həll olunacağına ümid edir.

Borisenko Rusiyanın Ərəbistan yarımadasının cənubundakı münaqişənin bütün tərəflərini zorakı hərəkətlərdən çəkinməyə çağırdığını da söyləyib:"Rusiya təbii ki, Ərəbistan yarımadasının cənubundakı münaqişənin bütün tərəflərini zorakı hərəkətlərdən çəkinməyə çağırır və hər halda mülki infrastruktura hücumları qəbuledilməz hesab edir".

Rusiyalı nazir müavini əlavə edib ki, Moskva öz mövqeyini, o cümlədən Yəmənin "Ənsar Allah" hərəkatına (Husilər) çatdırır.

Borisenko Rusiya "Ənsar Allah" hərəkatı ilə əlaqələrini davam etdirdiyini də deyib: "Rusiyanın uzun müddətdir ki," Ənsar Allah" hərəkatı ilə əlaqələri var. Bu, hamıya məlumdur. Bundan əlavə, hərəkatın xüsusi nümayəndəsi Omandadır".

Diplomat qeyd edib ki, Rusiya vətəndaşları üçün Səudiyyə Ərəbistanına səyahət məhdudiyyəti yoxdur.

.