Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya tranziti maksimuma yaxın səviyyədə olaraq qalır.

Bunu Ukraynanın qaz ötürmə sistemlərinin operatorlarının məlumatları göstərir.

Xəbərə görə, alıcıların müraciətlərinə əsasən, martın 22-nə Ukrayna ərazisi ilə Rusiyadan nəql üçün nəzərdə tutulan qazın həcmi 107,5 mln. kubmetr təşkil edir.

Qeyd olunur ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,6 mln. kubmetr təşkil edir.

.