Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti tarixi rekordu yeniləyib.

7 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 3 000 dolları ötüb.

Beləliklə Avropada qazın qiyməti 3 639,1 dollar təşkil edib ki, bu da öncə ki hesablama qiyməti (2 170,2 dollar) ilə müqayisədə 67,7% çoxdur.

***

Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya tranziti maksimum səviyyədə olaraq qalır.

Rusiya mətbuatının xəbərinə görə, bunu Ukraynanın qaz ötürmə sistemlərinin operatorlarının məlumatları göstərir.

Xəbərə görə, müraciətlərə əsasən, martın 6-nə Ukrayna ərazisi ilə Rusiyadan nəql üçün nəzərdə tutulan qazın həcmi 109,5 mln. kubmetr təşkil edir. Bununla yanaşı, fevralın 24-dən etibarən Ukrayna ərazisi ilə qazı tranziti kəskin artıb və hazırda maksimum səviyyədədir.

Qeyd olunur ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,6 mln. kubmetr təşkil edir.

.