
Rusiya Prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla görüşün faydalı olacağını qeyd edib. Lakin onun sözlərinə görə, görüşə qədər hazırlıq işləri aparılmalıdır.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.
"Cənab Trampla mümkün görüşə gəlincə, şübhəsiz ki, son dərəcə faydalı olardı. Ancaq mən Amerika Birləşmiş Ştatlarının Prezidenti ilə əlbəttə razıyam ki, goruş hazırlanmalı və bəzi müsbət nəticələrlə başa çatmalıdır", - Rusiyanın dövlət başçısı deyib.
Trampın ABŞ-Rusiya münasibətlərini bərpası niyyətinə hörmətlə yanaşıram
Prezident Donald Trampın müxtəlif sahələrdə ABŞ-Rusiya münasibətlərini bərpa etmək niyyəti böyük hörmətlə qarşılanır.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.
"Biz prezident Trampla bir neçə dəfə telefonla danışmışıq. Onun Rusiya ilə bir çox - təhlükəsizlik, iqtisadi fəaliyyət sahələrində münasibətləri bərpa etmək niyyətinə böyük hörmətlə yanaşırıq", - Putin vurğulayıb.
.