Misir və Rusiya rəsmiləri bu gün Qahirədə qarşılıqlı əməkdaşlığa təkan məqsədilə görüşlər keçirirlər.
"Əl-Ərəbiyyə" telekanalının verdiyi xəbərə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu bu gün Qahirədə Misirli həmkarları ilə rəsmi görüşlər keçirəcəklər. Rusiya rəsmiləri bu səfəri iki ölkə əlaqələrində müstəsna sayıblar və qarşılıqlı əlaqələrin və əməkdaşlıqların yeni mərhələyə qədəm qoyduğunu bəyan ediblər.
Rus rəsmiləri bildiriblər ki, iki gün çəkəcək bu görüşlər "2+2” formatında baş tutur ki, bu kimi görüşlər adətən Çin, ABŞ, Yaponiya, Fransa və Almaniya kimi ölkələrlə həyata keçirilir və strateji layihələr malikdir.
Bildirək ki, Rusiya-Misir əməkdaşlığı ötən əsrin 50 və 60-ci illərində maksimum həddə çatıb. O zaman Sövet İttifaqı Misirdə 100-ə yaxın sənaye layhələri həyata keçirib. Misirə hərbi yardımlar, ölkə ordusunda hərbi təlimlər də iki ölkə əlaqələrində xüsüsi əhəmiyyətə malik olub./interaz/
Lakin 1981-ci ildə Ənvər Sadatın prezidentliyi dövründə iki ölkə əlaqələri zəifləməyə başladı. Hüsnü Mübarək rejimi dövründə həmçinin Məhəmməd Mursi zamanında qarşılıqlı əlaqələr çiçəklənməyə başlayıb. Bu ilin 3 iyul tarixində Misirdə hərbi hökümətin iş başına gəlməsindən sonra isə qarşılıqlı əlaqələrin daha çox hərbi istiqamətdə inkişaf etdirilməsi daha çox ehtimal edilir.
.