Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya 205 ukraynalı əsiri Kiyevə, Ukrayna da 205 rusiyalı əsiri Moskvaya qaytarıb.

Mübadilə mayın 6-da baş tutub.

Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, azad edilən rusiyalı əsgərlər hazırda Belarusdadırlar.

“Orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı verilir”, - Rusiya MN-in məlumatında qeyd olunub.

.