Rusiya ilə bağlı gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan ediləcək.
Bu barədə ABŞ Prezidenti Co Bayden bəyan edib.
“Bu gün mən elan edirəm ki, Avropada olduğu kimi, ABŞ-da da Rusiya ilə bağlı gəmilərin bizim limanlarımıza girişi qadağan olunur. Bu o deməkdir ki, Rusiya bayrağı altında üzən və ya Rusiya ilə bağlı hər hansı şirkətdən qeydiyyatdan keçən gəmi bizim limanlarımıza və sahillərimizə daxil ola bilməyəcək. Heç bir rus gəmisi!”, - o qeyd edib.
.
