
Finlandiya ilə yükdaşımaların bağlanması fonunda Rusiya logistikanı yenidən qurur və alternativ istiqamətlərdə ixrac daşımalarını artırır.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları"ndan (RDY) məlumat verilib.
Qeyd olunub ki, Finlandiyaya malların daşınması martın 26-dan dayandırılıb, çünki sanksiyalara görə bu ölkənin "VR Group" dəmiryol şirkəti yük qatarlarının qəbulunun mümkünsüzlüyü barədə RDY-ni xəbərdar edib. Vaqonların Finlandiyadan Rusiyaya qaytarılması hələ də davam edir.
İxrac imkanlarını genişləndirmək üçün "Çin Dəmir Yolları" ilə əlavə yük qatarlarının ötürülməsi ilə bağlı danışıqlar aparılır.
"Rusiya Dəmir Yolları" alternativ istiqamətlərdə ixracatda artım olduğunu da qeyd edib. Belə ki, martın 16-dan etibarən Azərbaycana orta gündəlik yüklənmə və Azərbaycandan tranzit 20,9%, Monqolustanla Nauşki sərhəd-keçid məntəqəsi ilə 11,1%, Qazaxıstandan Çinə 2,2 dəfə, Belarusa və Belarusdan keçməklə təqribən 2,2 dəfə artıb.
.