Rusiya Müdafiə Nazirliyi 2020-ci dövlət silahlanma proqramı çərçivəsində "S-500" tipli Raket Əleyhinə Müdafiə sistemindən beşinə malik olacaq. Bu haqda "RİA Novosti"-yə açıqlamasında Komsmik-Hava Qüvvələri komandanı general-mayor Aleksandr Qolovko məlumat verib. O, əlavə edib ki, hazırda "Almaz-Antey" hava məkanında "S-500" RƏM sisteminin sınağı keçirilir.
Qeyd edək ki, "S-500" raket kompleksi təyyarələri məhv etmək qabiliyyətinə malikdir. O gizli texnologiya əsasında hazırlanıb və 3500 kilometrdən qanadlı raketləri də zərərsizləşdirə bilir.
