Rusiyada bir ailəni amansızlıqla qətlə yetirən azərbaycanlı dəstə saxlanılıb.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, keçmiş polis rəisi Sızran Andrey Qoşt və onun ailəsini öldürən şəxslərin kimliyi müəyyənləşdirilib.
Məlumata görə, cinayətlə bağlı saxlanılan şəxslər Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu, Fətəliyev Roman Rauf oğludur.

Babayev İslam
Xatırladaq ki, aprelin 23-dən 24-ə keçən gecə Andrey Qoşt və onun yaxınları İvaşevka kəndində amansızlıqla öldürülüblər. Cinayətkar dəstə ailəni armatur parçaları ilə döyərərk qətlə yetirib. Hücum nəticəsində yalnız 7 yaşlı Sofi adlı qız sağ qala bilib. O, ağır kəllə-beyin zədəsi alıb.
