Rumıniyanın Baş naziri İlie Bolojan ölkənin böhrandan çıxmasına kömək edəcəyi təqdirdə vəzifəsindən getməyə hazır olduğunu bildirib.

O, bunu "Antena 3" telekanalına müsahibəsində deyib.

"Mən vəzifəmdən sabah gedə bilərəm. Bolojan Baş nazir ola ya da olmaya bilər, bu, problem deyil. Hamımız müvəqqətiyik. Lakin Rumıniyanın üzləşdiyi problemlərə reaksiya verməliyik. Biz bu problemlərdən qaça bilmərik, gəlin bir-birimizi dinləyək", - Baş nazir vurğulayıb.

.