Gürcüstanın Baş naziri İrakli Kobaxidze və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Bu barədə Kobaxidze "X" hesabında yazıb.
O bildirib ki, danışıq zamanı Gürcüstan-ABŞ tərəfdaşlığının yenidən başladılmasının və Gürcüstanın Cənubi Qafqazda güclü tərəfdaş kimi rolunun möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
"Biz Gürcüstan-ABŞ əlaqələrini gücləndirməyə, regional sabitliyi və bağlantıları inkişaf etdirməyə sadiqik", - Kobaxidze yazıb.
ABŞ Dövlət Departamentinin yaydığı məlumata əsasən, Rubio və Kobaxidze Qafqaz və Qara dəniz bölgəsində təhlükəsizlik məsələləri də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələri müzakirə ediblər.
.
