ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun göstərdiyi dəstək olmasaydı, Ukraynanın suveren dövlət kimi mövcud olmayacağını bildirib.
Bu barədə "Anadolu" məlumat yayıb.
“Əgər ABŞ-ın, o cümlədən Tramp administrasiyası dövründə göstərdiyi yardım olmasaydı, Ukrayna suveren dövlət kimi mövcud olmazdı”, – Rubio deyib.
ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton Co Bayden administrasiyasından başlayaraq hazırkı Tramp administrasiyası dövrünədək Ukraynaya milyardlarla dollar yardım ayırıb.
.
