
Müğənni Roza Zərgərli yeni mövsümə fərqli fotosessiya ilə başlayıb.
Axşam.az xəbər verir ki, sənətçi 4 müxtəlif obrazda obyektiv qarşısına keçib.
Müğənni bildirib ki, karantin günlərində yeni iş təqdim etməsə də yaradıcılığı üçün bir çox layihələr planlaşdırıb:
“Bu, sadəcə mövsümün başlanğıcıdır. Bundan sonra fotosessiyalar da, maraqlı layihələr də çox olacaq. Karantində sakit oturmadım, bütün günü yeniliklər düşünürdüm. Yeni fotosessiyam səssizliyimi pozmağım olsun. Qarşıda mahnılar və kliplər var”.