"Real"ın futbolçusu Kriştiano Ronaldo İspaniya kubokunun 1/8 finalında "Sevilya" ilə ilk oyunu buraxacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun adı sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil edilməyib. Komandanın baş məşqçisi Zinəddin Zidan K.Ronaldoya istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, "Real" - "Sevilya" görüşü bu gecə keçiriləcək.

.