Slovakiya Baş naziri Robert Fitsonun videomüraciəti yayımlanıb.

Robert Fitso müraciətində Azərbaycan və Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyinə ayrıca toxunub.

Slovakiya Baş naziri qeyd edib ki, İrəvana səfəri zamanı o, Azərbaycanın suveren xarici siyasətinin şahidi olub: “Prezident İlham Əliyev həqiqəti dedi. Prezident Əliyev Avropa Parlamentinin yalan yaymaqdan, başqalarının işinə qarışmaqdansa, ilk növbədə Avropanın problemləri ilə məşğul olmalı olduğunu bildirərkən həqiqəti söylədi. Bizim isə belə problemlərimiz kifayət qədər çoxdur ”, - Slovakiyanın Baş naziri vurğulayıb.

Robert Fitso, həmçinin Bakının mövqeyi ilə Slovakiyaya qarşı Avropa strukturları tərəfindən göstərildiyini iddia etdiyi təzyiqlər arasında paralel aparıb. O, Avropa Parlamentinin Avropa Komissiyasını Bratislavaya ayrılan Avropa fondlarının dayandırılmasına çağıran son qətnaməsini tənqid edərək, bunu Avropa bürokratiyasının növbəti “şedevri” adlandırıb.

.