Müğənni Rihanna reper A$AP Rocky ilə birgə övladını ilk dəfə ilə nümayiş etdirib.

O, “TikTok”a avtomobildə uşaq oturacağında oturan yeddi aylıq oğlunun videosunu yerləşdirib.

Videoda uşaq gülümsəyir, əsnəyir və anası ilə “danışır”, onun iradlarına özünəməxsus cavab verir.

Qeyd edək ki, mayın ortalarında 34 yaşlı Rihanna və sevgilisi A$AP Rocky ilk dəfə valideyn olublar. Ulduz cütlüyün münasibəti 2021-ci ildə məlum olub.

 

.