Rəsmi Moskva amerikalı iş adamı İlon Maskın Rusiyadan sığınacaq istəməsi xəbərini təkzib edib.

Bu gün Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov Maskın Rusiya Federasiyasından sığınacaq istəməsi barədə açıqlama verib.

Kreml sözçüsü Dmitri Peskov bu xəbəri şayiə adlandırıb və onun Rusiyadan sığınacaq istəməsinə səbəb görmədiyini bildirib.

Rusiya XİN-dən isə bildirilib ki, Dövlət Dumasının vitse-spikeri Davankovun məlum açıqlaması artıq bütün ədəb normalarını aşıb, belə davranış onun tutduğu vəzifəyə uyğun gəlmir.

.