Yaponiyada keçirilən klublararası dünya çempionatında ikinci finalçının adına aydınlıq gəlib. Qol.az-ın xəbərinə görə, yarımfinalda Madrid "Real”ı ilə Meksikanın "Amerika” klubu qarşılaşıb. Görüş "Real”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Real” finalda Yaponiyanın "Kasima” klubu ilə qarşılaşacaq. |
.
