Xalq artisti, tanınmış aktyor Rasim Balayev əldə etdiyi uğurlardan sonra heç vaxt çaşmadığını, şöhrətdən başının gicəllənmədiyini deyib.
Yenizaman.az Publika.az-a istinadən xəbər verir ki, televiziya verilişlərinin birində qonaq olan sevimli aktyorumuz "Nəsimi” filmini xatırlayıb və o filmlə tanındığını deyib:
"Nizami” kinoteatrında o vaxt xaricdən gətirilən filmlər uzaqbaşı 15 gün anşlaqla göstərilirdi. Amma "Nəsimi” düz bir ay dalbadal anşlaqla nümayiş olundu. Film Daşkənddə festivalda göstəriləndə biz də iştirak edirdik. Camaat o qədər izdiham yaratmışdı ki, polislər məni maşınlarında otelə apardılar. Böyük ekranda ilk işim idi, amma mən o şöhrətdən çaşmadım”.
Xalq artisti bu gün də işinə məsuliyyətlə yanaşdığını və uğurlardan başının gicəllənmədiyini deyib.
.
