"Fiorentina"nın qapıçısı David De Xea "Yuventus"un (İtaliya) maraq dairəsinə düşüb.

"Tuttosport" nəşri xəbər verir ki, Turin klubu ispaniyalı qolkiperi transfer etmək variantını nəzərdən keçirir.

"Yuventus"un bu mövqe üçün əsas hədəfi "Liverpul"dan (İngiltərə) Alisson Beker olsa da, braziliyalı qapıçının mövsümlük 8 milyon avro maaş tələbi keçidi çətinləşdirib. Bu məbləği ödəmək niyyətində olmayan Turin təmsilçisi diqqətini daha münasib variant olan De Xeaya yönəldib.

"Fiorentina" 35 yaşlı qapıçını təxminən 10 milyon avroya satmağa hazırdır. Futbolçunun illik 3,5 milyon avro məvacibi "Yuventus"un maliyyə imkanlarına tam uyğun gəlir.

Qeyd edək ki, David De Xea cari mövsümün əvvəlində "Fiorentina" ilə müqavilə imzalayıb.

.