Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dakı səfir vəzifəsinə yeni namizəd tapmaqda çətinlik çəkir.
Bu barədə “Politico” öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, Olqa Stefanişinanın vəzifədən getməsindən sonra Kiyev Vaşinqtonda ölkəni təmsil edə biləcək kifayət qədər siyasi nüfuza malik namizəd axtarışında çətinliklə üzləşib.
Zelenski əvvəlcə bu vəzifəni sabiq Baş nazir Yuliya Sviridenkoya təklif edib. Lakin Sviridenko təklifi qəbul etməyib. Prezident iyulun sonunda Sviridenkoya səfir vəzifəsini təklif etdiyini açıq şəkildə təsdiqləyib.
“Politico”nun məlumatına görə, digər potensial namizədlər də ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə işləməyin çətinliyi və gözlənilməzliyi səbəbindən bu vəzifədən imtina ediblər.
Nəşr qeyd edir ki, Ukraynanın Vaşinqtonda nüfuzlu siyasi nümayəndəsinin olmaması silah təminatı, hava hücumundan müdafiə, logistika, kəşfiyyat məlumatlarının mübadiləsi və mümkün sülh danışıqlarının şərtləri ilə bağlı qərarların qəbul edildiyi bir vaxtda Kiyev üçün problem yarada bilər.
.
