"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Rusiyanın xarici valyutada emintentin uzunmüddətli defolt reytinqini (IDR) "BBB" səviyyəsindən "B"yə endirib. "Moody's Investors Service" ("Moody's") beynəlxalq reytinq agentliyi isə ölkənin xarici və yerli valyutada borc öhdəlikləri üzrə uzunmüddətli reytinqini "Baa3"dən "B3"ə endirib.

"Fitch" Rusiyanın xarici və yerli valyutada qısamüddətli IDR-i da "F"dən "B"yə, milli valyutada uzunmüddətli IDR-i isə "BBB"dən "B"yə endirib. Agentliyə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq sərt beynəlxalq sanksiyalar ölkənin makromaliyyə sabitliyi üçün riskləri kəskin artırıb, Rusiyanın borc ödəmək əsaslarına böyük zərbə vurur və onun dövlət borcuna xidmət etmək qabiliyyətini sarsıda bilər.

"Davam edən hadisələr Rusiyanın dövlət maliyyəsini zəiflədəcək, maliyyə çevikliyini ciddi şəkildə məhdudlaşdıracaq, ÜDM-nin artım tendensiyasını nəzərəçarpacaq dərəcədə azaldacaq, daxili və geosiyasi riskləri və qeyri-müəyyənliyi artıracaq", - "Fitch"in məlumatında bildirilir. Agentlik reytinqlərin bir qədər də azalacağını istisna etmir.

"Moody's"ə görə, reytinqlərin azaldılması üçün qərarı sərt və razılaşdırılmış sanksiyalara səbəbindən, suveren borcun ödənilməsi üzrə defolt riskinin artması və Rusiyanın borc öhdəliklərini yerinə yetirmək hazırlığı ilə bağlı ciddi narahatlıqlar şərtləndirib. "Moody's" də "Fitch" kimi reytinqlərin sonrakı azalmasını istisna etmir.

.